Fransada nəşr olunan erməni jurnalı azərbaycanlı idmançıdan yazdı

18-05-2016, 13:41           
Fransada nəşr olunan erməni jurnalı azərbaycanlı idmançıdan yazdı
Bu yaxınlarda Londonda təsis edilən “Qafqaz” İdman Klubunun rəhbəri, tanınmış kikboksçumuz Hafiz Baxşəliyev “ermənilərin kluba girişi qadağandır” sözlərinə Parisdə nəşr olunan “Nouvelles Armenie” jurnalı öz səhifəsində yer ayırıb.

Avropa.info-nun məlumatına görə, jurnalı yazıb ki, azərbaycanlı kikboksçu Londonda bir klub açıb, amma ermənilərin ora girişi qadağandır.

"Azərbaycan kikboksinq komandasının keçmiş üzvü Hafiz Baxşəliyev 2016-cı ildə Londonun mərkəzində bir yer kirayə edərək Qafqaz adlı kikboksinq və boks klubu açıb. Hazırda orada Azərbaycandan olan 10 nəfər məşq edir. “Ermənilər də gəlib məşq edə bilərlərmi” soruşanda Hafiz Baxşəliyev bildirdi: “Ermənilərin daxil olması qadağandır. Biz düşmənlərimizlə yaxınlıq etmirik”, - jurnal yazıb.

Xatırladaq ki, Hafiz Baxşəliyev mətbuat müsahibəsində ermənilərlə bağlı fikirlərini bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.