İspaniyanın "Sevilya" klubu Avropa Liqasının qalibi oldu

19-05-2016, 10:00           
İspaniyanın "Sevilya" klubu Avropa Liqasının qalibi oldu
İsveçrənin Bazel şəhərində futrbol üzrə Avropa Liqasının final oyunu başa çatıb.

Virtualaz.org xəbər verir ki, İngiltərənin «Liverpul» klubuna qarşı matçın birinci hissəsini 0:1 geridə bitirməsinə baxmayaraq, İspaniyanın «Sevilya» klubu ikinci hissədə 3 top vuraraq kubokun sahibi olub.

Oyunda hesabı 35-ci dəqiqədə Starric açıb. İkinci hissənin ilk dəqiqəsində ispan klubunun oyunçusu Qameyro hesabı bərabərləşdirib. 64-cü və 70-ci dəqiqələrdə Kokenin vurduğu daha iki top Avropa Liqası kubokunu «Sevilya»ya qazandırıb — 3:1.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.