“Oğlumun atasıdır” - Məşhur məşqçi haqqında şok ittiham

1-06-2016, 16:20           
“Oğlumun atasıdır” - Məşhur məşqçi haqqında şok ittiham
“Qalatasaray”ın sabiq baş məşqçisi Hamza Hamzaoğlu haqqında şok fakt ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, “Dənizlispor”da işlədiyi vaxt klubun mətbuat xidmətinin rəhbəri olmuş Sinem Yanmaz oğlunun atasının Hamzaoğlu olduğunu bildirib.

Bu barədə sosial şəbəkədə paylaşım edən Yanmaz bunları yazıb: “Hamza Hamzaoğlu oğlumun atasıdır. 5 ildir ki, bunu onun karyerasına və ailəsinə görə gizlədirəm. Sevgimə hörmət olaraq heç nə açıqlamırdım. Onun yalanlarını gördüyüm üçün bu addımı atdım. Bunu paylaşdıqdan sonra vicdanım rahatlıq tapacaq. O, məni “yaralayıb””.

Qeyd edək ki, Hamzaoğlu 2010/11-ci illərdə “Dənizlispor”un baş məşqçisi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.