Tabriz təmsilçisi "Traktorsazi" finalda - 4-1

15-05-2015, 15:53           
Tabriz təmsilçisi "Traktorsazi" finalda - 4-1
Bu gün İran çempionatında 2014/2015 mövsümünə yekun vurulacaq.

Axar.az-ın məlumatına görə, məhz son turda çempion komandanın adı məlum olacaq. Hazırda 57 xalla lider olan Təbrizin "Traktor Sazi" klubu öz meydanında ikinci pillədə qərarlaşan "Naft Tehran"ı qəbul edəcək.

Azərbaycan klubu bu matçda qalib gələcəyi təqdirdə ilk dəfə İran çempionu olacaq. "Naft Tehran"ın da aktivində 57 xal var. Lakin İran çempionatının reqlamentinə əsasən, təbrizlilər heç-heçə sayəsində də qızıl medala sahib ola bilərlər. Bunun üçün üçüncü pillədə yer alan və həm “Traktor Sazi”, həm də “Naft Tehran”dan cəmi bir xal geri olan "Sepahan" "Saipa" ilə oyunda xal itirməlidir.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
[media=https://www.youtube.com/watch?v=p2yLXEW8gsA]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.