"Qarabağ" çempion

17-05-2015, 00:11           

Komanda “İnter” üçün əlçatmaz oldu.“Qarabağ” futbol klubu ikinci dəfə Azərbaycanın ən güclü klubu oldu.

teref.az xəbər verir ki, Premyer-liqanın 34-cü turunda Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə “Sumqayıt”a qalib gəliblər. Yeganə qolu 33-cü dəqiqədə Leroy Corc vurub.

Bu turda “Qarabağ”ın çempionluğuna yalnız “İnter” mane ola bilərdi - əgər səfər oyununda “Qəbələ”yə qalib gəlsə idi. Lakin həmin görüş 1:1 hesabı ilə başa çatdı.

Finişə iki tur qalmış “Qarabağ”ın 68, “İnter”in isə 60 xalı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.