Avro-2016: Uels rusları darmadağın elədi,İngiltərə isə slovaklarla bacarmadı

21-06-2016, 02:13           
Avro-2016: Uels rusları darmadağın elədi,İngiltərə isə slovaklarla bacarmadı
Bu gün “Avro-2016”nın B qrupunda son turun oyunları baş tutub.

Strateq.az xəbər verir ki, Rusiya milliləri Uelslə qarşılaşıblar. Qonşu ölkənin yığması "Avro-2016"da mübarizəni davam etdirmək üçün hökmən qələbə qazanmalı olduğu halda, Uels rusları darmadağın edib. – 0:3.

Qolları 11-ci dəqiqədə Aaron Remzi, 20-ci dəqiqədə Neil Taylor və 67-ci dəqiqədə Uelsin "Real Madrid"li ulduzu Qaret Beyl vurublar. Bu qələbə sayəsində Uels qrup lideri kimi adını 1/8-ə yazdırıb.

Çünki bu oyuna qədər qrup lideir olan İngiltərə millisi Rusiya-Uels oyunu ilə eyni saatda oynadıqları Slovakiya millilərinə qalib gələ bilməyiblər və qrup liderliyini Uelsə verməli olublar. İngiltərə – Slovakiya oyunu 0-0 bitib.

Bu nəticələrdən sonra Rusiya yığması evinə dönüb. Slovaklar isə turnirin ən yaxşı 3-cü komandalarından biri kimi növbəti mərhələyə vəsiqə şansı yaxalayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.