Azərbaycanlı futbolçunun arvadı barda çaxır içib, qəlyan çəkdi - VİDEO

21-06-2016, 19:52           
Azərbaycanlı futbolçunun arvadı barda çaxır içib, qəlyan çəkdi - VİDEO
Avropa çempionatının qrup mərhələsinin üçüncü turunda Rusiya ilə Uels arasında keçirilən oyunu Rusiya millisinin Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədovun arvadı Yuliya rəfiqələri ilə birgə Moskvadakı barlardan birində izləyib.

Modern.az Rusiya mediasına istinadən bildirir ki, futbola baxan qızların qışqırıq və emosional səs-küyü eşidilməyib. Yuliya bütün oyun boyu öz selfisi ilə məşğul olub, çaxır içərək qəlyan çəkib.
Hesab 2:0 Uelsin xeyrinə olanda Yuliya Səmədova ayağa qalxaraq barı tərk edib. Ərinə görə narahatlıq keçirməkdənsə, gəzməyə üstünlük verib. Aleksandrın arvadı bara yalnız Rusiya millisinin taleyi həll olunan oyunun sonunda qayıdaraq rəfiqələrin əhatəsində qəlyan çəkməyi davam etdirib.
Səmədova jurnalistlərlə söhbətində ərinin oyununu şərh etməkdən boyun qaçırıb, yalnız şokda olduğunu deyib: “Nə deyə bilərəm ki? Siz hər şeyi gördünüz”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.