Polşa, Uels və Portuqaliya 1/4 finalda

26-06-2016, 10:46           
Polşa, Uels və Portuqaliya 1/4 finalda
Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə 3 qarşılaşma keçirilir.

Günün ilk oyunu İsveçrə və Polşa komandaları arasında olub. 90 dəqiqədə qalib müəyyənləşməyib. Hərəyə 1 dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıb - 1:1. Əlavə vaxtda da qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Polşa (5:4) 1/4 finala yüksəlib.

Britaniya derbisində Uels və Şimali İrlandiya yığmaları üz-üzə gəlib. Bu matçın taleyini bir qol həll edib. Qaret Makaulinin 75-ci dəqiqədəki avtoqolu Uelsi 1/4 finala yüksəlib - 1:0.

Günün ən maraqla gözlənilən görüşü Xorvatiya və Portuqaliya arasında keçirilir. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. (Qol.az)

25 iyun

"Avro-2016", 1/8 final

23:00. Xorvatiya - Portuqaliya - 0:1

Qol: Quareşma, 116

Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,
Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Lans. "Boller Delelis" stadionu



17:00. İsveçrə - Polşa - 1:1 (Penaltilər seriyası - 4:5)
Qollar: Yakub Blaşikovski, 39 (0:1), Xerdan Şakiri, 82 (1:1)

İsveçrə: + - + + +

Polşa: + + + + +

Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Gişar" stadionu



20:00. Uels - Şimali İrlandiya - 1:0
Qol: Qaret Makauli, 75-avtoqol (1:0)
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Paris. "Park de France"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.