Portuqaliya çempion oldu - SENSASİYA

11-07-2016, 09:37           

Matçda yeganə qolu Eder vurub.

Portuqaliya və Fransa yığmaları arasında keçirilən Avropa çempionatının final matçı başa çatıb.

teref.az xəbər verir ki, “Stad de Frans” stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini 1:0 hesabı ilə məğlub edib.

Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində, 109-cu dəqiqədə Ederin vurduğu qolla portuqaliyalılar qələbə qazanıblar.

Qeyd edək ki, 25-ci dəqiqədə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu zədələnərək, oyunu tərk edib.

Avropa çempionatı
Final
10 iyul

Portuqaliya - Fransa - 1:0 (əlavə vaxt)
Qol: Eder, 109












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.