Ermənistan yığması Bakıda keçiriləcək Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək

26-07-2016, 01:11           
Ermənistan yığması Bakıda keçiriləcək Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək
Ermənistan yığması Bakıda keçiriləcək 2016-cı il Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək.

Bunu Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan bəyan edib.

"Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməmək barədə qərar qəbul edib. Bu, bizim ümumi və yekun qərarımızdır", – deyə o əlavə edib.

Dünya Şahmat Olimpiadası sentyabrın 1-də Bakıda start götürəcək. (Report)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.