“Qalatasaray”dan əfsanəvi futbolçuya ZƏRBƏ

27-07-2016, 09:38           

Türkiyənin “Qalatasaray” futbol klubunun İdarə Heyəti əfsanəvi futbolçusu, keçmiş millət vəkili Hakan Şükrün klub üzvlüyündən ixrac edilməsi ilə əlaqədar müraciəti müzakirə edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda klub səlahiyyətliləri bildirib.

İdarə Heyəti məsələnin klubun İntizam Komitəsinə göndərilməsi barədə qərar qəbul edib.

FETÖ (Fəthullahçı Terror Təşkilatı) lideri Fətullah Gülənə yaxınlığı ilə tanınan Hakan Şükür bir müddət əvvəl ABŞ-a köçüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.