Azərbaycan olimpiyaçılarının mükafatlarını kim "qaldırdı"?

5-08-2016, 08:24           
Azərbaycan olimpiyaçılarının mükafatlarını kim "qaldırdı"?
Son günlər dünya mediası Rio-de-Janeyroda start götürmüş 2016 - Olimpiya Oyunlarının medallarını qazanacaq idmançılara təmsil etdikləri dövlətlər tərəfindən veriləcək mükafatların məbləği ilə bağlı daha çox yazılar verir.

Və onların böyük əksəriyyəti, o cümlədən kifayət qədər tanınmış nəşrlər öz səhifələrində qeyd edirlər ki, Azərbaycan idmançılarına qızıl medala görə 450 min avro və ya 510 min dollar ödəyəcək.

Halbuki prezident İlham Əliyevin sərəncamında konkret olaraq qeyd olunub ki, Azərbaycan qaliblərə 400 min manat (təxminən 250 min dollar və ya 220 min avro) mükafat verəcək.

Marqalıdır, belə olan halda 510 min rəqəmi haradan götürülüb? Bəlkə həmin mötəbər nəşrlər, hansı ki, “Azərbaycana hədsiz sevgi bəsləyən” “The Guardian” da onların arasındadır, ötən il yarım ərzində Azərbaycanda manatın məzənnəsinin necə dəyişdiyini nəzərə almayıblar?

Xeyr, görünür sadəcə Azərbaycanı reallıqda olduğundan daha səxavətli hesab edirlər və prinsipcə, burada pis bir şey yoxdur, amma bizə belə "reklam" çətin ki, lazım olsun. Necə deyərlər, həqiqət hər şeydən üstündür. Bir də, biz 250 min mükafatla onsuz da ilk beşlikdəyik və bu göstərici üzrə yalnız Sinqapur (746,000), İndoneziya (382 min) və Taylanddan (314 min) geri qalırıq.

Onu da xatırladaq ki, Azərbaycan idmançıları Rio-dakı gümüş üçün 200 min, bürünc üçün isə 100 min manat alacaqlar.

Yəqin ki, qalibləri Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) də mükafatlandıracaq. Yeri gəlmişkən, 2012-ci ildə MOK qaliblərə 200 min manat vermişdi.

Bundan başqa, şübhəsiz, federasiya və sponsorlardan da mükafatlar olacaq, lakin reytinqdə yalnız dövlət tərəfindən ayrılan mükafat nəzərə alınır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.