"Qəbələ"-"Maribor" oyununun yeri dəyişdirildi

5-08-2016, 21:24           
"Qəbələ"-"Maribor" oyununun yeri dəyişdirildi
Futbol üzrə Avropa Liqası pley-off mərhələsində "Qəbələ" və Sloveniyanın "Maribor" komandaları arasında keçiriləcək ilk oyunun yeri dəyişdirilib.

Bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, püşkatmada ilk görüşün Sloveniyada keçirilməsi nəzərdə tutulsa da, sonradan oyun Bakıya salınıb.

Buna səbəb Azərbaycanın Avroliqadakı digər təmsilçisi "Qarabağ"ın da həmin gün səfərdə oynamasıdır.

O deyib ki, əks halda "Qəbələ" və "Qarabağ" ev oyunlarını Bakıda keçirməli olardı. UEFA-nın qaydasına görə isə eyni şəhərdə bir gündə iki oyun keçirilə bilməz.

Qeyd edək ki, ilk görüşlər avqustun 18-də, cavab oyunları isə bir həftə sonra olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.