Hamını ağladan QƏRAR: Paralimpiyaçı oyunlardan sonra həyatına son verəcək - FOTO

7-08-2016, 02:15           

Belçikalı paralimpiyaçı atlet Marieke Vervoort Paralimpiya Oyunlarından sonra evtanaziya ilə həyatına son verəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı Marieke Vervoort, müalicəsi mümkün olmayan xəstəliyin verdiyi ağrılara dözə bilmədiyi üçün belə bir qərar qəbul edib.

2012-ci il London Paralimpiya Oyunlarında əl pedallı velosiped ilə 100 metr məsafəyə yarışda qızıl medal qazanan Vervoort, hal-hazırda həyata bağlanmaq üçün tək səbəbinin Paralimpiya Oyunları olduğunu deyib. O bildirib ki, səhəttində ciddi bir dönüş olmazsa ölkəsində qanuni olan evtanaziya ilə həyatına son verəcək.

Orqanizmi yeniləmə xüsusiyyətini itirdiyi üçün ağrıları hər gün daha da artan qadın idmançı yas mərasimi ilə bağlı vəsiyyətini də açıqlayıb:

“Öldükdən sonra yas mərasimimdə tort verilməsini istəmirəm. Yasıma gələnlər məni xatırlamaq üçün bir qədəh şampan içsin, yetər”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.