Rio-2016: Boksçu Rüfət Hüseynov məğlub olub

7-08-2016, 10:16           
Rio-2016: Boksçu Rüfət Hüseynov məğlub olub
Rio-2016-da bu gün kişi boksçuların yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Olimpiadaya tam heyətlə yollanan yığmamızın heyətində ilk gündə Rüfət Hüseynov debüt edib.

49 kq çəki dərəcəsində rinqə çıxan həmyerlimiz ilk döyüşünü Matias Hamunyelaya (Nambiya) qarşı keçirib. Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında çempion olan Hüseynov görüşü məğlubiyyətlə başa vurub. O, hər üç raundda rəqibindən zəif olub - 28:29, 28:29, 27:30.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.