Rüstəm Orucov finalda məğlub oldu: Rioda ilk medalımız gümüş oldu

9-08-2016, 08:30           
Rüstəm Orucov finalda məğlub oldu: Rioda ilk medalımız gümüş oldu
Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüstəm Orucov da tatami üzərinə çıxıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Orucov mübarizəyə 1/16 final mərhələsindən start verib. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
O, 1/8 finalda avstraliyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirib.Bu rəqibini də ipponla keçən təmsilçimiz 1/4 finala yüksəlib. Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvari ilə görüşüb. Vaza-Ari xalı ilə qələbə qazanan Orucov finalın bir addımlığındadı.
Yarımfinal mərhələsində israilli Saqi Muki ilə mübarizə aparıb. Gərgin keçən döyüşdə rəqibini yuka xalı ilə yenən idmançımız finala yüksələrək həm də ilk medalımızı təmin edib. Rüstəm Orucovun finaldakı rəqibi yaponiyalı Ono Şohei olub. Təmsilçimiz məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.