Kamran Ağayevə xəbərdarlıq - Meyxana deməməlidir

10-08-2016, 18:49           
Kamran Ağayevə xəbərdarlıq - Meyxana deməməlidir
Samir Abasovdan Kamran Ağayevə qadağa Xəbər verdiyimiz kimi “Sumqayıt” millimizin qolkiperi Kamran Ağayevlə 1 illik müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Kamran Ağayevə komandanın baş məşqçisi Samir Abasov maraqlı qadağa qoyub. Belə ki, gənc mütəxəssis Ağayevə məşqlərdə meyxana deməyi qadağan edib.

O, məşqlərdə ciddiliyi pozmamaq üçün Ağayevə belə xəbərdarlıq edib.

Bundan əlavə, Samir Abasov Kamran Ağayev formasını bərpa etməyi tapşırıb. Mütəxəssis bildirib ki, millinin qapıçısı formadan uzaq olduğu üçün bir müddət ehtiyatda qalacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.