Güləşçimiz finalda

21-08-2016, 21:35           

Azərbaycanı Rio-2016-da təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov 1/4 finala yüksəlib.

Axar.az xəbər verir ki, Toğrul ilk görüşünü ukraynalı Andrey Kvyatkovskiyə qarşı keçirib.

Güləşçimiz 12:2 hesabı ilə qələbə qazanıb.

1/4 finalda onun rəqibi Maqomedmurad Qacıyev (Polşa) - Frank Molinaro (ABŞ) cütünün qalibi olacaq.

***

17:09

Toğrul Əsgərov 1/4 finalda ABŞ idmançısı Frank Anyello Molinaro üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq yarımfinala yüksəlib.

***

Toğrul Əsgərov yarımfinada italiyalı Çamizo Markez Frankı 7:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. O, finalda rusiyalı sərbəst güləşçi Soslan Ramonovla qarşılaşacaq.

Bununla da Toğrul ən azı gümüş medalı təmin edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.