Xetaq Qazyumov da finala vəsiqə qazandı

21-08-2016, 21:37           
Xetaq Qazyumov da finala vəsiqə qazandı
Azərbaycan yığmasının üzvü, sərbəst güləşçi Xetaq Qazyumov Rio-2016-da 1/4 final mərhələsinə yüksəlib.

Axar.az xəbər verir ki, 1/8 finalda İran təmsilçisi Reza Məhəmməd Əli Yəzdanini 2:1 məğlub edən Xetaq 1/4 finala çıxıb.

Qeyd edək ki, Xetaq Qazyumov 1/16 final görüşündə polşalı Radoslav Baranı məğlub edib.

***

17:45

Xetaq Qazyumov 1/4-də özbək rəqibi Maqomed İbrahimovu 12:3 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.

***

Xetaq Qazyumov yarımfinalda ukraynalı rəqibi Valeri Andreyetsev 11:0 məğlub edərək finala vəsiqə qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.