Türk futbolçu Azərbaycan millisini seçdi

21-08-2016, 21:59           
Türk futbolçu Azərbaycan millisini seçdi
“Bursaspor”da çıxış edən türk futbolçu Dəniz Yılmaz Azərbaycan millisini seçib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Dəniz Yılmazın Türkiyədən təklif gəlmədiyi üçün Azərbaycanı seçdiyi qeyd olunub.

Ötən il “Bursaspor”un heyətində 13 oyunda meydana çıxan Dəniz Yılmaz 6 dəfə fərqlənib, 4 qol ötürməsi verib.

Qeyd edək ki, Dəniz Yılmazın adı bir neçə dəfə Azərbaycan millisi ilə hallanmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.