Rio-2016 başa çatdı - Azərbaycan Olimpiadadan 18 medalla qayıdır

22-08-2016, 01:36           

Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları başa çatıb.

Korner.az-ın məlumatına görə, 17 gün davam edən Olimpiadada Azərbaycan 56 idmançı ilə təmsil olunub.

Bu dəfə yeganə qızıl medalı - taekvondoçu Radik İsayev qazanıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucovla Elmar Qasımov, qadın güləşçi Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində məğlub olublar və gümüş medal qazanıblar .

Taekvondoçu Sabah Şəriəti, Patimat Abakarov, Milad Beiqi Harçeqani, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, kaneo və kayakda İnna Osipenko-Radomskaya isə bürünc medal qazanıb.

Olimpiadada Azərbaycan təmsilçiləri arasında komanda olaraq ən yaxşı nəticəni taekvondoçular göstəriblər. Yarışa 4 idmançı ilə yollanan millimiz 3 medal qazanıb ki, bu da 75% effektivlik deməkdi. Radik İsayevin liderlik etdiyi yığmamız bir çox ilklərə imza atıb.

Taekvondoçularımız bu Olimpiadada ilk dəfə tam heyətlə iştirak edib. Həmçinin qadın idmançımız Patimat Abakarova (bürünc) komandaya ilk Olimpiya medalını qazanıb. Kişilər arasında ilk Olimpiya medalını isə Milad Beiqi Harçeqani (bürünc) qazanıb. Həm taekvondo yığmamızın, həm də Olimpiya heyətimizin yeganə qızıl medalını isə Radik İsayev qazanıb.

Boks yarışlarında da Azərbaycan idmançıları ilk dəfə Olimpiadada final döyüşü keçiriblər. Lorenzo Sotomayor gümüş medal qazanmaqla, daha bir ilkə imza atıb.

Braziliyaya 14 idmançı ilə yollamış güləş yığmamız isə gümüş və bürünc olmaqla 9 medal qazana bilib.

Azərbaycan Olimpiada tarixində ilk dəfə avarçəkmə idman növündə də medal qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.