Azərbaycanın Olimpiada qaliblərinə ödəniləcək məbləğ açıqlandı -400, 200, 100 min...

22-08-2016, 17:45           
Azərbaycanın Olimpiada qaliblərinə ödəniləcək məbləğ açıqlandı -400, 200, 100 min...
XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub.

“Rio-2016”-da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb.

Medal sıralamasında Azərbaycan 39-cu olub.

Prezident İlham Əliyevin iyulun 18-də imzaladığı sərəncama əsasən,

birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Sərəncama əsasən, olimpiada da uğur əldə edən idmançılara ümumilikdə 2 milyon 800 min manat, onların məşqçilərinə isə 1 milyon 400 min manat mükafat veriləcək. İdmançılara və məşqçilərinə verilən ümumi məbləğ isə 4 milyon 200 min manatdır.
Moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.