“Ölkəmə qayıtsam, məni ya öldürəcək, ya da həbs edəcəklər” –Gümüş medal qazanan idmançı

23-08-2016, 08:14           

Olimpiya Oyunlarının marafon yarışları üzrə gümüş medalçısı, efiopiyalı atlet Feyisa Lilesa dünya mediasının diqqətini özünə və ölkəsinə çəkə bilib.

Türkiyə mediası xəbər verir ki, idmançı yarış bitdikdən sonra əllərini havaya qadıraraq qandallanma işarəsi göstərib.

Daha sonra KİV nümayəndələri qarşısına keçən Feyisa ölkəsində Oromo qəbiləsinin dövlət tərəfindən təzyiqlərə məruz qaldığını, günahsız xalqın öldürüldüyünü bildirib.

"Son 9 ayda mindən artıq insan qətl edilib. Ölkəmə qayıtsam, məni ya öldürəcəklər, ya da həbs edəcəklər. Oromo xalqının üzləşdiyi ədalətsizliyi dünyaya çatdırmaq istəyirəm. O, mənim qəbiləm, mənim xalqımdır. Hər zaman onların səsini dünyaya çatdıracam. Başqa bir ölkəyə köçmək, başqa ölkədə yaşamaq istəyirəm",- deyə, idmançı bəyan edib.

Ölkə.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.