Ziya Məmmədov ona şadlıq sarayı da hədiyyə edibmiş

3-09-2016, 14:13           
Ziya Məmmədov ona şadlıq sarayı da hədiyyə edibmiş
Azərbaycan Voleybol Federasiyasının xanımlardan ibarət komandasının baş məşqçisi Faiq Qarayevin idmandan kənar biznesinin olduğu ortaya çıxıb.

Hurriyyet.org-un əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssisin gəliri tək idman sayəsindən deyil. O təkcə Ziya Məmmədovun rəhbəri olduğu Voleybol Federasiyasından pul almır.

Belə ki, Faiq Qarayev paytaxtda yerləşən və əhali arasında “bərkgedən” kimi tanınan restoranlardan birinin sahibidir. Baş məşqçinin Xətai rayonu, Babək prospektində yerləşən “Kolizey” şadlıq sarayının sahibi olduğu bildirilir.
Adı çəkilən şadlıq sarayı uzun illərdir fəaliyyət göstərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.