Azərbaycan yığması dalbadal 4-cü qələbəsini qazandı

6-09-2016, 00:04           

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib.

İtkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız bu gün Rumıniya ilə üz-üzə gəlib. Təmsilçimiz bu turu da itkisiz başa vurub - 3:1.

İkinci millimiz isə görmə qabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandasını (IBCA) məğlub edib - 3.5:0.5.

Üçüncü yığmamız, digərlərindən fərqli olaraq, Türkmənistana məğlub olub - 0.5:3.5.

Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşıb. Xanımlarımız bərabərliyə razılaşıb - 2:2. İkinci millimiz İtaliyaya qalib gəlib - 2.5:1.5. Üçüncü komandamız isə Braziliya ilə xalları yarı bölüb - 2:2.

Turnir cədvəli:

Kişilər: 1. Rusiya, 2. Azərbaycan-1, 3. Kuba, ...11. Rumıniya – hamısı 6 xal, ...33. Azərbaycan-2, ...59. Azərbaycan-3, ...78. Türkmənistan, 79. IBCA – hamısı 4.

Qadınlar: 1. Rusiya, 2. Fransa, 3. Hindistan, ...11. Rumıniya, 12. Azərbaycan-1 - hamısı 6 xal, ...15. İtaliya, ...19. Azərbaycan-2 – hər ikisi 5, ...33. Azərbaycan-3, ... 44. Braziliya – hər ikisi 4.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.