Bir vaxt dünya ondan danışırdı, indi isə... - Video

9-09-2016, 09:57           

Braziliyalı superulduz Ronaldinyo klub tapa bilmir.

Axar.az xəbər verir ki, mətbuat konfransında danışan futbolçu 36 yaşında olduğunu və karyerasını bitirməyi düşündüyünü açıqlayıb:

“Artıq 36 yaşım var, bir il də futbol oynamaq istəyirdim, ancaq klub tapa bilmirəm. Karyeramı necə bitirəcəyimi düşünürəm. Bütün bunları zaman göstərəcək”.

Qeyd edək ki, dünya tarixinin ən yaxşı futbolçularından biri hesab olunan Ronaldinyo “Barselona”, “Milan”, “Flamenqo”, “Qremio” kimi komandaların formasını geyinib.

[media=https://www.youtube.com/watch?v=a0ksVaLlaIw]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.