I Avropa Oyunlarına nə qədər bilet satılıb?

27-05-2015, 20:07           
I Avropa Oyunlarına nə qədər bilet satılıb?
İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına bilet satışı davam edir. ANS PRESS-in məlumatına görə, birinci Avropa Oyunları üçün 600 min bilet satışa çıxarılıb.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, bu mötəbər idman yarışı üçün artıq 200 minədək bilet satılıb. Açılış mərasimi üçün nəzərdə tutulan biletlərin isə 70 faizi artıq satılıb. Bilet satışı prosesi hazırda davam edir və Oyunlara maraq olduqca böyükdür. Xarici ölkələrdən əsasən, Böyük Britaniya, Rusiya, Almaniya, Hollandiyadan daha çox biletin alındığı müşahidə olunur.

Oyunların biletlərini satış məntəqələrindən, yaxud www.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişlərini “Park Bulvar”, “28 Mall”, “Metro Park” Ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, “Azərbaycan” kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, “ASAN xidmət”in Yasamal filialı, eyni zamanda, metronun “Neftçilər”, “Əhmədli” stansiyaları yaxınlığında və Fəvvarələr meydanındakı “McDonald’s” restoranındakı məntəqələrə təqdim edərək bilet almaq mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.