Azərbaycan daha bir medal qazanıb -Rioda

10-09-2016, 08:35           
Azərbaycan daha bir medal qazanıb -Rioda
Rio-2016 Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 3-cü medalını qazanıb.

Tərəfdar.az xəbər verir ki, cüdoçu Rövşən Səfərov (81 kq) turniri bürünc medalla başa vurub.

Təmsilçimiz yarışa 1/8 final mərhələsindən start verib. İlk olaraq belaruslu Aleksandr Kazlounu yolundan kənarlaşdıran Səfərov 1/4 finalda ukraynalı Aleksandr Kosinova uduzub. Buna baxmayaraq, Kosinovun finala yüksəlməsi idmançımızın “bürünc” yolunu açıb.

Şansı əldən verməyən idmançımız əvvəlcə argentinalı Xose Effronu, daha sonra isə Böyük Britaniya təmsilçisi Conatan Dreyni məğlub edərək Braziliyadan medal qayıtmağı bacarıb.

Qeyd edək ki, yarışın ilk günündə cüdoçu Bayram Mustafayev gümüş, bu gün isə Ramil Qasımov (73 kq) qızıl medal qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.