Suaresdən rekord: Messi və Ronaldonu - geridə qoydu

12-09-2016, 22:39           

“Alaves”la La Liqanın 3-cü turunun matçında (1:2) sonradan meydana daxil olan Luis Suares bununla da “Barselona”da bütün turnirlərdə 100-cü oyununa çıxıb.

Ölkə.Az qol.az istinadən xəbər verir ki, uruqvaylı hücumçu bu 100 matçın 88-də qol vurub, 43 qolun isə ötürməsini edib. Bununla da o, “qol+ötürmə” sistemi üzrə 131 xal yığıb. Bu göstərici ilk 100 oyun üçün Lionel Messidə 55-dir (41 qol+14 ötürmə).

Qeyd edək ki, Suares “Real”ın hücumçusu Kriştiano Ronaldonu da geridə qoyub. Ronaldo ilk 100 oyunda 124 xal (95 qol+29 ötürmə) yığıb.

Bundan başqa, uruqvaylı hücumçu ilk 100 oyunda Ronaldo (76 faiz) və Messidən (67 faiz) daha çox qələbə qazanıb (80 faiz).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.