“Qəbələ” “Anderlext”ə böyükhesablı uduzdu –Avropa Liqası

15-09-2016, 23:58           

Avropa Liqasında qrup mərhələsi çərçivəsində çıxış edən Azərbaycanın digər komandası "Qəbələ" bu gün Belçikada "Anderlext”lə qarşılaşıb.

Strateq.az xəbər verir ki, komandamız 14-cü dəqiqədə məğlub duruma düşüb. Teodorşuk hesabı açıb. Ancaq bu qoldan cəmi 6 dəqiqə sonra "Qəbələ" Dabonun qolu ilə oyundakı hesaba tarazlıq gətirib. 41-ci dəqiqədə isə komandamızın oyunçusu Rafael Santos avtoqola imza atıb – 2:1.

Oyunun 78-ci dəqiqəsində isə Diaqo Kapel ev sahiblərinin qələbəsini möhkəmləndirən son qolu da vurub – 3:1.

"Qəbələ"nin təmsil olunduğu qrupun digər oyunu isə "Maynz"la Fransanın "St.Etyen" komandaları arasında baş tutub və oyun 1-1 bitib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.