Azərbaycan Rioda daha iki medal qazandı

18-09-2016, 12:00           
Azərbaycan Rioda daha iki medal qazandı
Azərbaycan millisi "Rio-2016" XV Yay Paralimpiya Oyunlarında daha iki medal qazanıb.

AzərTAc xəbər verir ki, üzgüçümüz Dmitri Saleh 50 metr məsafəyə sərbəst üsulla yarışların finalında məsafəni 24,29 saniyəyə qət edərək ikinci olub.

Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on doqquz üzgüçü üç qrupda mübarizə aparıb. İlk qrupda çıxış edən D.Saleh məsafəni 24,40 saniyəyə üzərək birinci olub.

Atletimiz bundan əvvəl Rio Paralimpiadasinda 100 metrə brass üsulla üzmədə gümüş medal qazanıb.

Azərbaycan idmançısı İradə Əliyeva da "Rio-2016" XV Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

İdmançımız nizə atma idman növündə 42.58 metr nəticə göstərərək ikinci yerə çıxıb. Bu, Azərbaycanın paralimpiya yığmasının sayca 11-ci medalıdır. Komanda 1 qızıl, 8 gümüş və 2 bürünc qazanıb. Yığmamız komanda hesabında 47-ci yerdə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.