Pulsuzluqdan vəzifəsini tərk etmək istədi - Rəhbərlik danışıqlara başladı

22-09-2016, 21:00           
Pulsuzluqdan vəzifəsini tərk etmək istədi - Rəhbərlik danışıqlara başladı
Maliyyə problemləri ilə üzləşən AZAL futbol klubunun rəhbərliyi baş məşqçi Tərlan Əhmədovu istefa vermək niyyətindən çəkindirib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, ötən mətbuat konfransında klubdakı problemləri dilə gətirərək, getmə ehtimalından danışan baş məşqçini postunda saxlamaq üçün “təyyarəçi”lər danışıqlara başlayıb. Klub rəhbərliyi Tərlan Əhmədovla danışaraq ona vəziyyətin yaxşılaşacığı ilə bağlı söz verib. Bundan əlavə, rəhbərlik məşqçini komandanın maaş probleminin də qismən həll ediləcəyinə inandırıb. Bundan sonra T. Əhmədov klubda qalıb işləməyə razı olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.