Daha bir idman federasiyası maaş problemi ilə üzləşib - Xanlar Fətiyevdən şikayət var

11-10-2016, 12:44           
Daha bir idman federasiyası maaş problemi ilə üzləşib - Xanlar Fətiyevdən şikayət var
Daha bir idman federasiyası maaş problemi ilə üzləşib.

teref.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Azəbaycan Üzgüçülük Federasiyasında çalışanlar və idmançılar uzun müddətdir maaş üzünə həsrət qalıblar.

Hətta federasiya üzvlərinin bildirdiyinə görə, qurumun rəhbəri millət vəkili Xanlar Fətiyev üzgüçülərə heç bir diqqət ayırmır. İdmançılar da federaiya prezidentinin işindən narazıdırlar.

Yaxın zamanda problemlər həll olunmasa, çalışanlar və idmançılar Gənclər və İdman Nazirliyinə şikayət ərizəsi yazacaqlarını bildiriblər. Əsas şikayətçilər elə yerli üzgüçülərdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.