Yozef Blatter istefa verdi

2-06-2015, 23:26           
Yozef Blatter istefa verdi
FİFA- nın yeni seçilmiş prezidenti Yozef Blatter Beynəlxalq Futbol Ferderasiyasnını (FİFA) prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb. Yozef Blatter bunu Sürixdə keçirdiyi mətbiuat konfransında bəyan edib. Blatter FİFA prezidenti vəzifəsinə dörd gün əvvəl yenidən seçilmişdi.

Blatter bildirib ki, FİFA prezidentliyinə seçkilər başa çatsa və konqres üzvləri ona mandat versələr də, bu, FİFA-nın digər üzvləri və klublar tərəfindən dəstəklənmir.

FİFA prezidenti icraiyyə komitəsindən təşkilatın növbədənkənar konqresinin çağırılmasını və yeni prezident seçilməsini xahiş edib. Həmin vaxta qədər Blatter prezident vəzifəsini icra edəcək.

Xatırladaq Blatter təşkilata 1998-ci ildən rəhbərlik edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.