Federasiya rəsmisi Mübariz Mənsimovunhissələrini geri vermir

30-10-2016, 00:20           
Federasiya rəsmisi Mübariz Mənsimovunhissələrini geri vermir
Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü Alaattin Aykaç “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimova problem yaradıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bilirilib ki, Aykaç 8 ay əvvəl işdən uzaqlaşdırılsa da, şirkətə aid olan hissələri təhvil verməyib. 23 il “Palmali” Dənizçilik Qrupunda fəaliyyət göstərən, son 8 ildə isə baş icraçı direktor vəzifəsini icra edən Aykaç şirkətin adından istifadə edib qeyri-qanuni işlərlə məşğul olduğu üçün Mübariz Mənsimov tərəfindən qovulmuşdu. Futbol federasiyasının rəsmisinin tenderlərdə “Palmali”ni ziyana salan addımlar atdığı və rəqib şirkətlərin lehinə tenderlərdən çəkildiyi məlum olub.

Bütün bunları nəzərə alan “Palmali” hissələrini təhvil vermədiyi və şirkətə zərər vurduğu üçün Alaattin Aykaçla bağlı hüquqi yollara əl atacaq(apa).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.