Avropa Liqası: "Qəbələ" "Sent-Etyen”ə məğlub oldu

4-11-2016, 02:05           

"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri IV tur çərçivəsində "Sent-Etyen”i qəbul ediblər.

İki həftə əvvəl səfərdə minimal hesabla məğlub olduğu rəqibi ilə bu dəfə doğma meydanda üz-üzə gələn “qırmızı-qaralar” azarkeşləri önündə qrup mərhələsində ilk qələbə sevincini yaşaya bilməyib.

Oyuna qonaqlar fəal başlayıblar. Fransızlar ilk 20 dəqiqədə bir neçə epizodda hesabı açmağa yaxın olsalar da, son anda dəqiqlik çatmayıb. Hesabı ilə "Qəbələ" açıb. Ruslan Qurbanov 39-cu dəqiqədə qapı ağzında yaranmış qarışıqlıqdan məharətlə istifadə edib.


Bununla belə hissənin tamamına saniyələr qalmış rəqib hesabı bərabərləşdirib. Uzaq məsafədən gələn güclü zərbə Bezotosnı üçün qarşısıalınmaz olub.

Rəqibin cavab qoluna qədər isə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk hakimlə mübahisəyə qədər texniki zonaya yollanmışdı.

İkinci hissədə daha bir dəfə fərqlənən fransızlar yekunda qalib gəlməyi bacarıblar.

Qeyd edək ki, bu məğlubiyyətlə təmsilçimiz növbəti tura yüksəlmək şansını rəsmən itirdi.

Avropa Liqası
IV tur
3 noyabr

C qrupu
“Qəbələ” – “Sent-Etyen” (Fransa) - 1:2
Qollar: Ruslan Qurbanov, 39 - Tannane, 45+1, Beriç, 53

Baş hakim: Karlos Del Serro Qrande

UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)
Bakı. 8-ci km qəsəbə stadionu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.