Azərbaycan millisinin üzvü Türkiyədə legioner statusu alıb

16-11-2016, 23:05           

"Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz bundan sonra Türkiyədə legioner statusu ilə çıxış edəcək.

"Report"un məlumatına görə, səbəb 28 yaşlı hücumçunun artıq Azərbaycan millisində forma geyinməsidir.

Bu qərar Yılmazın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin Şimali İrlandiya ilə səfər matçında meydana çıxmasından sonra verilib. O, 46-cı dəqiqədə Ramil Şeydayevin yerinə meydana daxil olub. Təcübəli forvardın legioner sayılmasından sonra Bursa təmsilçisinin heyətinBu dəki əcnəbi futbolçuların sayı 9-a çatıb.

Qeyd edək ki, Almaniyada doğulan Deniz Yılmaz Türkiyənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.