Rus azarkeşlər bu oyuna buraxılmayacaqlar – Qadağa

19-11-2016, 19:40           
Rus azarkeşlər bu oyuna buraxılmayacaqlar – Qadağa
“Mançester Yunayted” komandası rusiyalı azarkeşlərin Odessada keçiriləcək matç üçün biletlərini etibarsız edib.

A24.Az unian.net-ə istinadən xəbər verir ki, UEFA Avropa Liqası çərçivəsində dekabrın 8-də Odessada baş tutacaq “Zarya” (Luqansk) – “Mançester Yunayted” komandalarının oyununu rusiyalı azarkeşlər canlı izləyə bilməyəcəklər.

“Mançester Yunayted”in bununla bağlı yaydığı açıqlamada ruslara tətbiq olunan qadağa belə əsaslandırılıb: “Ev sahibi ölkə mövcud siyasi şəraiti və sizin təhlükəsizliyinizi nəzərə alaraq, bizə tövsiyə ediblər ki, sizlərə bilet verməyək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.