İdmançılarımız dünya çempionatından 4 qızıl medalla qayıtdı – FOTO

21-11-2016, 09:59           

İtaliyanın Eboli şəhərində keçirilən pankration üzrə dünya çempionatında Azərbaycan idmançıları 4 qızıl və 1 gümüş medal qazanıblar.

“A24.az” bildirir ki, Azərbaycan Pankration, Qrappling və MMA Federasiyasından APA-ya verilən məlumata görə, “Neftçi İdman Klubu”nun yetirmələrindən Pərviz Qasımov (53 kq), Ömər Mutayev (78 kq), Amil Məhərrəmli (85 kq), Seymur Quliyev (93 kq) qızıl, Xəyalə Əsgərova (57 kq) isə gümüş medal qazanıblar.

Dünya çempionatında 43 ölkənin idmançıları iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.