"Qarabağ" tarixi anı qaçırdı

25-11-2016, 02:20           

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları start götürüb.

Axar.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” səfərdə Çexiya komandası “Slovan”ın qonağıdır. Bu görüş təmsilçimiz üçün tarixi əhəmiyyət kəsb edir.

Komandamız Liberetsdən 3 xalla qayıtsa, Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək.

Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixin nailiyyətə imza atmasına kifayət edə bilər. Bunun üçün “Fiorentina” öz meydanında PAOK-a uduzmamalıdır.

22:15

"Qarabağ" matçın 11-ci dəqiqəsində Vuçun qolu ilə hesabda geri düşdü: 1-0.

23:16

"Qarabağ" matçın 57-ci dəqiqəsində Komliçenkonun penaltidən vurduğu qolla işini daha da çətinləşdirdi: 2-0.

23:20

"Slovan" Komliçenkonun qolu ilə fərqi daha da artırdı: 3-0.

23:55

"Qarabağ" Çexiya səfərində məğlub oldu: 3-0. Bu nəticədən sonra təmsilçimiz son turda "Fiorentina"ya mütləq qalib gəlməlidir. Belə ki, qrupun digər matçında PAOK gözlənilmədən italiyanlara qalib gəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.