"Barselona" Messi ilə ömürlük müqavilə təklif edir

26-11-2016, 21:09           

"Barselona" futbolçusu Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçuya ömürlük müqavilə təklif ediləcək.

Danışıqlara dekabrın 3-də “Real”la keçiriləcək oyundan sonra start veriləcək. Artıq klub prezidenti Xosep Bartomeunun Messinin atası Xorxe Messi ilə müəyyən məsələləri müzakirə etdiyi bildirilir.

Kataloniya klubu Messini istənilən şərtlərlə komandada saxlamağa çalışır

Messinin “Barsa” ilə müqaviləsi 2018-ci ilə qədərdir.

Xatırladaq ki, 29 yaşlı hücumçu son açıqlamalarında “Barselona” ilə müqavilə imzalamağa tələsmədiyini bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.