İngiltərə futbolunda rəzalət: Azı 350 uşaq zorlanıb!

3-12-2016, 01:32           
İngiltərə futbolunda rəzalət: Azı 350 uşaq zorlanıb!
İngiltərə futbolu yeni qalmaqalla çalxalanır. Publika.az xəbər verir ki, İngiltərənin futbol klublarının aşağı yaş qruplarında ən azı 350 uşağın zorlamaya məruz qaldığı bildirilir. Bu barədə məlumatı Böyük Britaniyanın polis rəislərinin Milli Şurası yayıb.
Şuradan bildirilib ki, onlar İngiltərə Futbol Assosiasiyası ilə birgə araşdırmaları davam etdirirlər. Şura indiyə qədər zorakılığa məruz qalmış uşaqların onlara müraciət etməsini xahiş edib. Ötən həftə İngiltərə Futbol Assosiasiyası ölkə klublarının aşağı yaş qruplarında uşaqbazlıq hallarının olması ilə bağlı araşdırmaya başlamışdı. Assosiasiya bu araşdırmaya zorakılığa məruz qalmış 20 uşağın müraciətindən sonra başlayıb. Onlar məşqçiləri tərəfindən zorlandıqlarını iddia edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.