Peşəkar boksçu maşınında güllələndi

6-12-2016, 01:19           

ABŞ-da amerikalı peşəkar boksçu Ed Braunu hücuma məruz qalıb.

Ölkə.Az xəbər verir ki, hadisə İllinoys ştatının Çikaqo şəhərində qeydə alınıb. Dünən axşam saatlarında 25 yaşlı boksçu təlimdən evinə qayıdarkən maşında naməlum şəxslərin hücumuna məruz qalıb. Hələlik kimlikləri məlum olmayan şəxslər onun maşınını odlu silahdan atəşə tutublar. Güllələrin çoxu onun başına dəyib.

Hadisə zamanı ərazidən keçən 19 yaşlı qız da ayağından yaralanıb.

Ed Braunu ağır yaralı halda xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ed Braunu 2012-ci ildə peşəkar kariyerasına başlayıb. Bu illər ərzində o, 20 döyüş keçirib və hamısında qalib olub. Döyüşlərin 16-nı nakaut ilə yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.