Kiyevdə ukraynalılar türk azarkeşlərə hücum etdi — yaralılar var + FOTOLAR

7-12-2016, 00:19           

Ukraynanın paytaxtı Kiyev şəhərində Türkiyənin Beşiktaş Fulbol Klubunun azərkeşləri hücuma məruz qalıblar.

teref.az xəbər verir ki, bir qrup maskalı və əsgər geyimində olan şəxslər onlara hücum edib. İstanbul klubunun tərəfdarlarına “Dinamo” azarkeşləri tərəfindən Kiyevdə bir kafedə hücum edilib. Hadisə nəticəsində çoxlu insan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti çox ağır olduğu üçün Kiyev xəstəxanalarına yerləşdiriliblər. Bəziləri isə ilkin tibbi yardım aldıqdan sonra Türkiyəyə qayıdıblar.

Yaralılar əlil arabalarında təyyarələrə mindiriliblər vətənə qayıdıblar.

Ukrayna polisi baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.