Türklərin çəkindiyi, İsrailin qürur duyduğu QADIN - FOTO

15-12-2016, 00:10           

İsrail klublarından “Hapoel” (Byer-Şeva) son vaxtlar adını tez-tez eşitdiyimiz komandalardandı. Xüsusilə, bu komandanın İtaliya nəhəngi “İnter”i geridə qoyaraq, Avropa Liqasının qrup mərhələsini uğurla başa vurması yaddaqalan oldu.
Komanda.az xəbər verir ki, Avroliqanın 1/16 final mərhələsində “Beşiktaş”la qarşılaşacaq İsrail klubunun özündən çox prezidenti diqqət çəkir. Məsələ burasındandı ki, Byer-Şeva təmsilçisinin prezidenti qadındı. Alona Barkat ad-soyadlı bu xanım adını İsrailin futbol tarixinə yazdırıb. Elə İsraildə ilk qadın klub prezidenti olması ilə.
Alona Barkat Byer-Şeva “Hapoel”ini 2007-ci ildə alıb və elə o vaxtdan bu klubun sahibidi. Komanda onun rəhbərliyi altında 2016-cı ildə İsrail çempionu olmağı bacardı. Özü də nə az, nə çox, düz 40 ildən sonra.
Barkat üç uşaq anasıdı.
Türklərin çəkindiyi, İsrailin qürur duyduğu QADIN - FOTO













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.