“”Reina”ya rezervasiyamı son anda ləğv etdim” – “Qalatasaray”ın oyunçusu

2-01-2017, 08:00           

“Qalatasaray Odeabank”ın basketbolşusu Austin Daye, “Reina”ya edilən xain terror hücumu sonrasında etdiyi paylaşmasında, rezervasiyasını son dəqiqədə ləğv etdiyini yazıb.

Daye, “Dünən gecə “Reina”da restoranda və gecə klubunda yaşananlara hələ də inana bilmirəm. Rezervasiyam vardı və son dəqiqədə ləğv etmişdim. Tanrıya şükr edirəm və 2017-ci ildədə daha yaxşı, sülh içində bir dünya üçün dua edirəm. Bunu edən terrorçular insan deyil, şeytandır. Dualarım bu möcüzə şəhərdəki insanlar və hücumda zərər görən hər kəslə birlikdə”, ifadələrini işlədib.AzPolitika.info/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.