"Trabzonspor"un baş məşqçisi Ramil Şeydayevlə bağlı qərar verib

6-01-2017, 18:33           
"Trabzonspor"un baş məşqçisi Ramil Şeydayevlə bağlı qərar verib
Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal komandada yer alan Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə bağlı qərar verib.
"Report"un "haber61.net"ə istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis gənc hücumçunu heyətdə görmək istəmədiyini klub rəhbərliyinə bildirib. Bundan sonra 21 yaşlı hücumçunun icarəyə verilməsi və gələcək çıxışlarının diqqətdə saxlanılması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, hazırda "Trabzonspor"un düşərgəsində kollektivdən ayrı məşq edən Ramil Şeydayevə Türkiyə I Liqasından "Samsunspor" və digər komandalar maraq göstərir. "Bordo-mavililər" təklifləri dəyərləndirdikdən sonra Şeydayevin gələcək taleyi ilə bağlı qərar verəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.