FİFA 2026-cı il dünya çempionatının iştirakçı komandalarının sayını artırır

9-01-2017, 17:06           

2026-cı ildən futbol üzrə dünya çempionatı 32 deyil, 48 milli komandanın iştirakı ilə keçiriləcək.
FİFA bununla bağlı qərarını yanvarın 10-da açıqlayacaq. Reqlamentə əsasən, mundialda hər birində 3 komanda olmaqla, 16 qrup formalaşdırılacaq. Hər qrupdan 2 ən güclüsü "pley-off"a yüksələcək.
Avropaya 16, Afrikaya 9.5 (10-cu vəsiqəni qazanmaq istəyən digər qitə təmsilçisi ilə görüş keçirməlidir), Asiyaya 8.5, KONMEBOL-a 6.5, KONKAKAF-a 6,5, Okeaniyaya 1 yer verilib.
Təklif olunan islahat dünya çempionatlarının maliyyə cəhətdən gəlirliliyini artırmalıdır.
Qeyd edək ki, FİFA komanda sayının 40-a çatdırılma təklifini rədd edib. İndiyədək dünya çempionatı bir neçə formatda təşkil olunub. 1930-cu ildə Uruqvayda keçirilmiş mundialda 13 iştirakçı olubsa, 1934-cü ildə İtaliyaya 16 komanda toplaşıb. 1938-ci il dünya çempionatında 15, 1950-ci ildə 13 komanda çıxış edib. 1954-cü ildən 1978-ci ilədək 16 komanda mübarizə aparıbsa, 1982-ci ildə iştirakçıların sayı 24-ə çatıb. 1998-ci ildən isə mundiallarda 32 ölkə təmsil olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.