SON DƏQİQƏ: Millimizdə yeni baş məşqçi

11-01-2017, 00:59           

Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib.
Publika.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı Leonid Layinski əsas milliyə baş məşqçi təyin olunub.
Nəriman Abdullayev bu komandada böyük məşqçi vəzifəsini davam etdirəcək.
Gənclərdən ibarət komanda Vaqif Şirinova tapşırılıb. Əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək.
Qadınlardan ibarət komanda isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək.
Qeyd edək ki, böyüklər arasında Azərbaycan çempionatı 25-30 yanvarda keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.