Mifik olimpiya medalı Azərbaycandan alındı

13-01-2017, 08:58           
Mifik olimpiya medalı Azərbaycandan alındı
Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairovun 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal ümidləri boşa çıxıb.

Beynəlxalq Olimpiya Komitəsi 94 kq çəki dərəcəsində çıxış etmiş idmançını cəzalandırıb.

Buna səbəb kimi onun “London-2012”-dəki dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. İdmançının dehidroxlormetiltestosterondan (turinabol) yararlandığı üzə çıxıb. Zairov Olimpiadada tutduğu 6-cı yerdən və buna görə aldığı diplomdan məhrum edilib.

Qeyd edək ki, İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi də müsbət nəticə verib. Eyni zamanda Zairov 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

“London-2012”də də eyni halla üzləşməsi Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir.(“Report”)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.